AZ

“Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq” Hikmət Hacıyev

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mən əvvəllər Vaşinqtona gələrkən həmişə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırdım. Amma indi mən bu paytaxta tamamilə yeni gündəm mesajı ilə gəlirəm.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda deyib.

“Ancaq bu münaqişə bitdi. Həmçinin, fürsətdən istifadə edərək bildirirəm ki, liderlik rolunu öz üzərinə götürdüyünə və bu münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa və bu hökumətə son dərəcə minnətdarıq. İndi bölgədə əsaslı sülh var”, - deyə Hikmət Hacıyev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
qafqazinfo.az

4Mənbələr