AZ

Qorxunc araşdırma İqlim dəyişikliyi 20 mindən çox insanın həyatına son qoydu

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni bir elmi araşdırma, bu yay Avropada həddindən artıq istilərlə əlaqəli 24,400 ölümdən 16,500-nün birbaşa iqlim dəyişikliyi ilə əlaqəli olduğunu üzə çıxarıb.

Lent.az xəbər verir ki, bu yay Avropada rekord həddə çatan istilər böyük ziyan vurub.

Dörd ayrı isti dalğası Böyük Britaniyanın tarixin ən isti yayını yaşamasına səbəb olub, Türkiyə, Yunanıstan və Kipr kimi Aralıq dənizi ölkələri isə böyük meşə yanğınları ilə mübarizə aparır.

Hesablamalara görə, qlobal istiləşmə təkcə İngiltərədə 1000-dən çox istiliklə bağlı ölümə səbəb olub.

London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin tədqiqatçısı doktor Kleir Barnes məsələ ilə bağlı deyir: "Əslində çox görünməyə bilər. Amma araşdırmamız göstərir ki, yay istisində cəmi bir neçə dərəcə dəyişiklik minlərlə insan üçün həyat və ölüm arasında fərq ola bilər."

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkələr qazıntı yanacaqlarından daha tez uzaqlaşmasalar, bu əsrdə temperaturun 3°C-ə qədər yüksəlməsi baş verə bilər və ən pis hal hələ qarşıdadır.

Araşdırmalar göstərir ki, bu yay Avropanın 854 şəhərində təxmin edilən 24,400 istiliklə bağlı ölümün 68 faizi və ya təxminən 16,500 ölüm iqlim dəyişikliyi səbəilə olub.

Bu ölümlərin təqribən 85%-i 65 yaşdan yuxarı olanlar, 41%-i isə 85 yaşdan yuxarı olanlar arasında olub.

Bu onu göstərir ki, istilik Avropanın sürətlə qocalan əhalisi üçün artan təhlükə yaradır.

Tədqiqat həmçinin iqlim dəyişikliyinə bağlı ölümlərin ölkələr üzrə bölgüsünü təqdim edib. Ən çox ölənlərin sayı 4,597 ilə İtaliya, 2,841 ilə İspaniya, 1,477 ilə Almaniya və 1,444 ilə Fransadır.

Böyük Britaniyada 1147, Rumıniyada 1064 və Yunanıstanda 808 ölüm də birbaşa iqlim dəyişikliyi ilə bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
lent.az

1Mənbələr