AZ

Polşa hotellərində hamilə qalanlara pul mükafatı veriləcək

Polşalı iş adamı Vladislav Groxovski ölkədə azalan doğum sayını artırmaq məqsədilə hotellərində hamilə qalan qonaqlara pul mükafatı vermək qərarına gəlib.

News24.az xəbər verir ki, “Arçe” hotellərində qalaraq hamilə olduğunu sübut edən cütlüklərin doğulan uşaqları üçün pulsuz vaftiz mərasimi təşkil olunacaq.

Groxovski və həyat yoldaşı Lena bununla ölkədə doğumların azalmasına töhfə vermək istəyirlər. Bu təklif yalnız qonaqlara deyil, şirkətin işçiləri və onun tikinti şirkətindən ev alan müştərilərə də şamil ediləcək. Beş il ərzində doğulan hər uşaq üçün 10 min zloti (təxminən 4 min 700 AZN) nağd pul veriləcək.

Groxovski ölkənin sürətlə azalmaqda olan əhalisinə diqqət çəkərək bildirib:

 “2026-cı ildə Polşa ümumi daxili məhsulunun təxminən, 5%-ni müdafiəyə ayıracaq, amma əhali azalsa, bu müdafiənin mənası olmaz". 

Polşanın 37,5 milyonluq əhalisi son 12 ildə davamlı azalmaqdadır və mütəxəssislər proqnozlaşdırır ki, əhali 2100-cü ilə qədər yarıya enə bilər.

Xeyrənsə Piriyeva

Seçilən
100
1
news24.az

2Mənbələr