AZ

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar (FOTO)

Bakı. Trend:

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənətMuzeyində (Museum of Modern Art-MoMA) olublar.

Trend xəbər verir ki, LeylaƏliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verildi.

Bildirildi ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərliincəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinindəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənətməkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq,memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyinkolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq,Endi Vorhol və Henri Matissa kimi sənətkarların dünyada məşhurəsərlərinə rast gəlmək olar. Muzeyin kitabxana və arxiv bölməsi isətədqiqatçılar üçün əvəzsiz mənbədir. Minlərlə kitab, fayl və sənədkolleksiyası buranı həm də elmi mərkəzə çevirib.

IDEA
IDEA
IDEA
IDEA
IDEA
Seçilən
9
18
az.trend.az

10Mənbələr