Ermənistanda müxalifət lideri öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanda silahlı və maskalı şəxslər Parakar icmasının başçısı Volodya Qriqoryana və onunla birlikdə olanlara avtomat silahlardan atəş açıblar.
Hadisə Volodya Qriqoryanın evinin qarşısında baş verib. Məndə olan məlumata görə, iki nəfər həlak olub, digərlərinin vəziyyəti ağırdır.
Rəsmi təsdiq var: Parakar icmasının müxalifət lideri Volodya Qriqoryan öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az