AZ

Bakıda yük maşını yolda qaldı, hərəkət məhdudlaşdırıldı

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
Seçilən
50
14
day.az

10Mənbələr