AZ

İtaliyalı məşhur aktrisa Klaudiya Kardinale vəfat edib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Roma, 24 sentyabr, AZƏRTAC

İtaliyalı məşhur aktrisa Klaudiya Kardinale 87 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, 1960-cı illərdə İtaliya kinosunun tanınmış simalarından olan aktrisa Paris yaxınlığındakı Nemurs bölgəsində övladlarının yanında dünyasını dəyişib. Klaudiya Kardinale karyerasında Hollivudda daxil olmaqla ümumilikdə 150 filmə çəkilib.

1938-ci ildə Tunisdə anadan olan aktrisa 1957-ci ildə ölkənin ən gözəl qadını seçilib və Venesiya film festivalına dəvət alıb. O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib. Daha sonralar isə İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər Klaudiya Kardinaleni Avropa kinosunun ulduzuna çevirib. Lakin K.Kardinale bununla kifayətlənməyib və çəkildiyi “Çəhrayı pantera” filmi ilə Hollivudu da fəth edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
azertag.az

3Mənbələr