Bu gün 2-ci Liqanın 3-cü turu çərçivəsində "Şəki Siti"nin qonağı olan "Qaradağ Lökbatan" 3:2 hesablı qələbə qazandı.
Dramatik matçın ardından Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov fikirlərini Fanat.Az-a bölüşdü.
"Oyun agır oldu. İlk üç qolu biz vurduq, sonra "qırmızı" aldıq. Azlıqda qalandan sonra uşaqlarda caşqınlıq yarandı, tələskənlik oldu. Rəqib bir qol vurdu. Penaltidən sonra, bir qol daha vurdu. 3:2 hesablı qələbə münasibəti ilə futbolcularımı təbrik edirəm. Hesabı qoruyub qələbə qazandıq. Ağır komanda idi. Həqiqətdən də maraqlı oyun oldu. Bəlkə də İkinci Liqanın ən maraqlı oyunlardan birini gördük".
Nihat