AZ

Gəncədə qəza oldu - Yaralılar var

Gəncədə minik maşını ilə motosiklet toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan avtomobil ilə motosiklet toqquşub. Qəza zamanı iki  nəfər - 2002-ci il təvəllüdlü R.Babayev və 2008-ci il təvəllüdlü N.Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP  əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
4
unikal.az

1Mənbələr