AZ

Bu tərəvəzləri soyuducuda saxlamaq olmaz

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elə meyvə və tərəvəzlər var ki, onları soyuducuda saxlamaq olmaz. Bu zaman onlar ya tez xarab olur, ya da dad teksturaları dəyişir. Soyuq temperatur onların dadını və keyfiyyətini pozur.

BAKU.WS xarici KİV-ə istinadən soyuducuda saxlanması məsləhət görülməyən tərəvəzlərin siyahısını təqdim edir:

Pomidor - Dadını və teksturasını itirir, yumşalır.

Kartof -Soyuqda nişasta şəkərə çevrilir, dadı dəyişir, qızardıldıqda qəhvəyi və acı olur.

Soğan -Rütubət onları tez yumşaldır və kif yarana bilər.

Sarımsaq- Soyuqda cücərir və yumşalır, dadı itir.

Balqabaq - Quru və sərin mühitə ehtiyacı var, soyuducu onları tez xarab edə bilər.

Banan- Soyuqda qabığı qaralır, teksturası dəyişir.

Xiyar və bibər - Çox soyuqda yumşalır, rəngi solur və su buraxırlar.

Bu tərəvəzləri quru, sərin və qaranlıq yerdə saxlamaq daha uyğundur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
baku.ws

2Mənbələr