Daha öncədən də xəbər verdiyimiz kimi, “Neftçi”nin yeni transferi Matye İfeanyi artıq Bakıdadı.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi sentyabrın 22-dən kollektivə qoşulub. Nigeriyalı futbolçu hətta komandanın dünənki məşqində də iştirak edib.
Təcrübəli oyunçu fərdi məşqlə kifayətlənməli olub.
Onun bu gün tibbi müayinədən keçəcək, daha sonra isə “ağ-qaralar”la müqavilə imzalayacaq.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində “Kanemi Varriors”, “Kano Pillars”(hər ikisi Nigeriya), “Lillestrom”(Norveç), “Osmanlıspor”(Türkiyə) və “Sürix”(İsveçrə) klublarında oynayıb.