AZ

13 yaşlı uşaq təkərlərin yuvasında gizlicə Yeni Dehliyə uçdu

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əfqanıstanda 13 yaşlı uşaq sərnişin təyyarəsinin eniş təkərlərinin yuvasında gizlənərək paytaxt Kabildən Hindistanın paytaxtı Yeni Dehliyə qədər səyahət edib.

Sherg.az xəbər verir ki, “Indian Express” qəzetinin xəbərinə görə, adı açıqlanmayan əfqan uşağı Kabil hava limanına gizlicə daxil olaraq sərnişinlərin arasına qarışıb. “Kam Air” şirkətinə məxsus RQ-4401 sefer saylı təyyarənin eniş təkərinin arxa yuvasına girən uşaq, təhlükəli bir səyahət edərək Yeni Dehli Beynəlxalq Hava Limanına çatıb.

Təyyarənin enişindən sonra “pistdə tək dolaşdığı” müəyyən olunan uşaq, yerli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanaraq sorğuya çəkilib. O, “marağından bu işə başladığını” və bilet aldığı təyyarənin arxa eniş təkəri yuvasına girdiyini bildirib.

Araşdırmalar göstərib ki, uşaq Əfqanıstanın şimalındakı Kunduz şəhərindən olub və əslində İranın paytaxtı Tehrana getmək istəyirmiş. Uşaq isə səyahət etdiyi uçuşun Yeni Dehliyə getdiyini bilməyib. Hindistanın Mərkəzi Sənaye Təhlükəsizlik Qüvvəsindən (CISF) verilən açıqlamaya görə, sorğudan sonra uşaq gəldiyi təyyarə ilə Kabilə geri göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr