AZ

Tokayev BMT-dəki çıxışında Xəzərin problemlərindən danışıb

BAKI, 24 sentyabr. TELEQRAF

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunması üçün birgə işləməyə çağırıb.

Teleqraf xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasət müzakirələrində çıxış edən Tokayev dayazlaşan Xəzər üçün artıq qlobal həyəcan siqnalı çalmağın vaxtı olduğunu qeyd edib.

"Xəzər dənizi sürətlə quruyur. Bu, artıq təkcə regional problem deyil, qlobal həyəcan təbilidir. Ona görə də biz regiondakı tərəfdaşlarımız və bütün beynəlxalq ictimaiyyətlə birlikdə Xəzərin su ehtiyatlarının qorunması üçün təcili tədbirlər görməyə çağırırıq”, deyə Tokayev əlavə edib.

Qazaxıstan lideri qeyd edib ki, ötən il bəşər tarixində ən isti il ​​olub: “Üstəlik, Mərkəzi Asiya qlobal orta göstəricidən iki dəfə daha sürətlə istiləşir. Qazaxıstan Aral faciəsindən dərs alıb. Bizim ardıcıl səylərimiz, o cümlədən beynəlxalq səviyyədə biz dənizin şimal hissəsini qoruyub saxlaya bildik”.

Seçilən
51
1
teleqraf.com

2Mənbələr