AZ

Monika Belluççi ilk dəfə Tim Burtonla ayrılığından danışdı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

İtaliyalı aktrisa Monika Belluççi məşhur rejissor Tim Burtonla iki illik münasibətinə son qoyması barədə ilk dəfə danışıb.

Qaynarinfo xəbər verir ki, sənətçi bu barədə "Vogue Italia"ya açıqlama verib.

"Elə yollar var ki, müəyyən məqamda kəsişir və sonra ayrı-ayrılıqda davam edir. Timlə mənim yolum da bir müddət birləşdi, sonra ayrıldı. Ancaq mən yaşadığım müddətcə Tim hər zaman qəlbimdə xüsusi yer tutacaq", deyə Belluççi bildirib.

Onların tanışlığı 2022-ci ilin payızında Lion festivalında başlamışdı. Münasibətləri dövründə Burton aktrisanı öz məşhur qorxu filminin davamı olan "Bitldjus"da çəkmişdi. Onlar ictimaiyyət arasında ilk dəfə 2023-cü ilin oktyabrında Roma kino festivalında qırmızı xalça üzərində görünüblər. Cütlüyün son birgə çıxışı isə bu ilin iyununda Taormina festivalında olub. 

Qeyd edək ki, Belluççidən əvvəl Burtonun on il davam edən münasibəti aktrisa Helena Bonem Kartrlə olub və bu münasibətdən iki övladı var. Belluççi isə daha əvvəl argentinalı fotoqraf Klaudio Karlos Basso və fransız aktyor Vensan Kassellə evli olub. Kasseldən iki qızı dünyaya gəlib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr