ain.az, GlobalInfo saytına istinadən bildirir.
İordan çayının qərb sahilində yaşayan fələstinlilərin dünyaya açılan yeganə sərhəd qapısı olan Kral Hüseyn (Allenbi) körpüsü növbəti xəbərdarlığa qədər bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu əmr imzalayıb.
İsrail ordusunun radio müxbiri Doron Kadoş bildirib ki, bu qərar bir sıra ölkələrin Fələstin dövlətini tanımasına cavab olaraq qəbul edilib.
Məlumata görə, Netanyahu həm insan, həm də mal axınının qarşısının alınmasını tapşırıb. Kral Hüseyn körpüsü fələstinlilərin İordaniyaya və oradan da dünyaya çıxış üçün istifadə etdiyi yeganə sərhəd keçidi hesab olunur.
Fələstin Administrasiyasının yüksək rütbəli rəsmiləri də həmin keçiddən istifadə edirlər. Fələstin tərəfi illərdir İsraili sərhəd qapısında tıxaclar yaratmaqda və keçid prosesini çətinləşdirməkdə ittiham edir.
Qeyd edək ki, keçid ötən həftə iki İsrail əsgərinin ölümü ilə nəticələnən hücumdan sonra müvəqqəti bağlanıb, lakin sonradan yenidən açılıb. Bu dəfə isə sərhəd keçidi növbəti xəbərdarlığa qədər tamamilə bağlı qalacaq.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.