AZ

Tramp Nobel Sülh Mükafatını ala bilməz, çünki… Makron

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ Prezidenti Donald Tramp yalnız Qəzza sektorundakı münaqişəni dayandırdıqdan sonra Nobel Sülh Mükafatına namizəd ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə o, BFMTV telekanalına müsahibəsində açıqlama verib.

“Bu gün səhər tribunadan Tramp dedi: “Mən sülh istəyirəm. Mən bu münaqişəni həll etdim, Nobel Sülh Mükafatını istəyirəm”. Amma Nobel yalnız münaqişə dayandırıldıqda mümkündür”, – Makron deyib.

Fransa prezidentinin fikrincə, ABŞ münaqişənin həllinə təsir göstərə biləcək ən yaxşı mövqedədir, çünki ölkə İsrailə Qəzza əməliyyatında istifadə edilən silahlar tədarükünü davam etdirir. Makron Vaşinqtonu İsrail hökumətinə təzyiq göstərməyə, döyüşlərin dayandırılmasını təmin etməyə, radikal HƏMAS qruplaşmasında girov qalan 48 nəfərin azad edilməsini və humanitar dəhlizlərin açılmasını tələb etməyə çağırıb.

O, həmçinin ümid edir ki, region ölkələrinin nümayəndələri ilə danışıqlar nəticəsində ABŞ tərəfi etibarlı plan hazırlaya biləcək.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
globalinfo.az

1Mənbələr