AZ

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub (FOTO)

Bakı. Trend:

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günüHeydər Əliyev Mərkəzində Hüseyn Cavidin “İblis” əsərinin simfonikorkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrınıniştirakı ilə yeni təqdimatı olub.

Trend xəbər verir ki, əsərinyeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestrmusiqiçilərinin tamaşa müddətində həm də iştirakçıyaçevrilməsidir.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblisarasında bitməyən mübarizə əks olunub.

Səhnə əsərinin baş rejissoru, Azərbaycan Dövlət PantomimTeatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti BəxtiyarXanızadə AZƏRTAC-a açıqlamasında öz təəssüratlarını bölüşüb.Rejissor diqqətə çatdırıb ki, məşq prosesi 2 ay ərzində davam edibvə sonuncu məşq zamanı kollektivdən gözlədiyi nəticəni alıb.

Tamaşada baş rolun ifaçısı və dirijor, Prezident mükafatçısı,bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovunsözlərinə görə, ilk dəfə simfonik orkestrin musiqiçiləri tamaşadaonun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasınaqarışaraq plastik düşüncələrin iştirakçısına çevriliblər.

“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciəilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssizkino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyəqoyulub. Bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə olub. Əsərikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyimünasibətilə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı MehdiMəmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan DövlətAkademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimiMehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnəhəyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatıhazırlanıb.

Sentyabrın 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinintəşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakı və Şamaxıdakeçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digərözəl təqdimatlarla da yadda qalacaq.

Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Seçilən
13
17
az.trend.az

10Mənbələr