Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək hələ tezdir.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
"Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsi barədə danışmaq hələ tezdir, bu barədə bir az sonra danışa bilərik" - deyə Tramp Əlavə edib.