AZ

Rut Trampa qarşı sui-qəsd cəhdində günahkar bilinib

Florida məhkəməsi Rayan Uesli Rotu 2024-cü il prezident seçkiləri kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdində təqsirli bilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məhkəmənin qərarına istinadən məlumat yayıb.

Rut 2024-cü ilin sentyabrında prezidentliyə namizədə sui-qəsd cəhdi, federal işçiyə hücum və qanunsuz silah və sursat saxlama da daxil olmaqla beş maddə üzrə ittiham olunub.

O, bütün ittihamları rədd edib. Ona qarşı ittihamlar ömürlük həbs cəzasını nəzərdə tutur.

Seçilən
4
ucnoqta.az

1Mənbələr