İran Rusiyadan MiQ-29 qırıcı təyyarələri qəbul edib. Bu barədə məlumatı İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbolfəzl Zöhrevand yerli mediaya açıqlamasında təsdiqləyib.
Editor.az xəbər verir ki, Onun sözlərinə görə, MiQ-29-ların alınması ölkənin hava qüvvələrinin müvəqqəti gücləndirilməsi məqsədi daşıyır. Zöhrevand əlavə edib ki, Tehran yaxın gələcəkdə Rusiyadan daha müasir Su-35 qırıcılarının göndərilməsini gözləyir.
Məlumat ilk olaraq hərbi mövzular üzrə ixtisaslaşmış “Militarnyi” portalında yayımlanıb.
//Samir Qurbanov, Editor.az