AZ

“Barselona”da yeni müqavilə

“Barselona” Frenki de Yonqla müqavilə müddətini uzatmaq barədə razılıq əldə edib.

İdmanxeber.az-ın məlumatına görə, yaxın günlərdə yeni sözləşmə rəsmən açıqlanacaq.

Hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq niderlandlı yarımmüdafiəçi ilə 3 illik yeni anlaşma imzalanacaq və futbolçunun maaşı artırılacaq.

Xatırladaq ki, De Yonq 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib və 263 oyunda 19 qol, 23 assistlə yadda qalıb.

Seçilən
5
1
idmanxeber.az

2Mənbələr