ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna üçün konkret təhlükəsizlik təminatlarını müzakirə etmək hələ tezdir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
"Biz bu barədə danışacağıq. Ümid edirəm, bu barədə bir az sonra danışa bilərik. Bu sualı cavablandırmaq hələ tezdir", - Tramp müxbirin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin mümkünlüyü ilə bağlı sualına cavab verib.
Rusiya-Ukrayna münaqişəsinin həlli kontekstində Rusiya lideri Vladimir Putinə etibarından danışan Tramp ən azı bir ay ona münasibət bildirə bilməyəcəyini deyib: "Təxminən bir aydan sonra sizə xəbər verəcəyəm".