Ajans.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib. "İddiaçı bildirib ki, bu yaxınlarda internetdə yayımlanan videomüsahibədə Puqaçova Rusiya Federasiyasının prezidenti, ordusu və hüquq-mühafizə orqanlarının ünvanına böhtan xarakterli bəyanatlar verib, Rusiya xalqını təhqir edib”, - mətbuat xidməti bildirib. Treşçev məhkəmədən cavabdehin təkzib verməsini və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb edib. 2022-ci ilin yazında Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib.
Müğənni sentyabrın 10-da verdiyi müsahibədə Dudayevi mədəni, ziyalı və hörmətli insan adlandırıb, onun ailəsini tərifləyib.