AZ

Yevlaxda bədbəxt hadisə - Azyaşlı öldü 

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası - 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.

Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
14
manset.az

10Mənbələr