AZ

Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək

Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

"Rusiyanın vəziyyəti elə də ürəkaçan görünmür. Deyəsən, müharibə uzun müddət bitməyəcək", - ABŞ Prezidenti deyib.

Tramp hesab edir ki, Rusiya iqtisadiyyatı çökür və bu, sülh prosesində nailiyyətdir:

"Ən böyük irəliləyiş Rusiya iqtisadiyyatıdır. O, dəhşətli vəziyyətdədir. Dağılır. Açığını deyim ki, Ukrayna ordusu bu böyük ordunun qarşısını almaq üçün yaxşı iş görür".

Seçilən
30
5
demokrat.az

9Mənbələr