"Bu gün Nyu‑Yorkda BMT‑nin Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın iştirakı yalnız diplomatik etiket deyildi — bu, Azərbaycanın beynəlxalq aləmdə öz yerini, qalib ruhunu və haqlı mövqeyini daha da möhkəmləndirməsinin nümunəsidir".
Newscenter.az xəbər verir ki, bunları "Aztəminatlı Ailələrə Sosial Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova deyib. Onun sözlərinə görə, bu hadisə göstərdi ki, bizim səsimiz yalnız ovqatdan, torpaqdan gəlmir — səsimiz haqqdan gəlir:
"Azərbaycan indi təkcə söz sahibi deyil, həm də dəyərlərin, ədalətin və beynəlxalq hüququn müdafiəçisidir. Bir çox ölkələrin liderləri arasında dayanmaq asan deyil — amma haqqı ilə, məntiqi ilə, mərdliyi ilə dayanmaq hər bir Azərbaycanlı üçün şərəfdir".
İctimai birlik sədri qeyd edib ki, hər dəfə Prezidentimiz dünyanın mötəbər tribunalarında çıxış etdikdə, biz bir dövlətin liderini, bir millətin ümidini, bir xalqın tarixini görürük:
"Bu gün — Azərbaycanın yalnız mövcudluğu deyil, gələcəyi də dünya podiumlarında təqdir olunub!".
Anar Əliyev