"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Anderson alimenti ödəmədiyi təqdirdə 30 günlük həbs cəzası gözləyir.
İdman.biz bildirir ki, qərar Braziliyanın Porto Aleqri şəhərinin mülki məhkəməsi tərəfindən qəbul edilib. İyulun 28-nə olan məlumata görə, 37 yaşlı braziliyalının ödəməli olduğu məbləğ 1 milyon reala (188 min dollardan çox) çatıb.
Anderson "Mançester Yunayted" ilə dörd dəfə İngiltərə liqasının, Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub. O, həmçinin “Porto” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Qremio”, “İnternasional” və “Koritiba” (Braziliya), “Adana Dəmirspor” (Türkiyə) klublarında da çıxış edib.
İdman.biz