BAKI, 23 sentyabr. TELEQRAF
Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyanın enerji resurslarının alınmasını həmişəlik dayandırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen BMT Baş Assambleyasının (GA) sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra deyib.
"2027-ci ilə qədər Avropa Rusiyanın enerji təchizatı səhifəsini əbədi olaraq çevirəcək" deyə o, X-də yazıb.