Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ABŞ prezidenti Donald Tramp Qəzzada münaqişəyə son qoymayana qədər Nobel Sülh Mükafatına iddialı ola bilməz.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə BFMTV-yə müsahibəsində bildirib.
“Mən bir Amerika prezidentinin səfərbər olduğunu görürəm və bu səhər tribunadan deyir:
'Mən sülh istəyirəm. Mən bu münaqişəni həll etdim, Nobel Sülh Mükafatını istəyirəm”. Nobel Sülh Mükafatı yalnız bu münaqişəyə son qoyduğunuz halda mümkündür”, - Makron bildirib.
Fransa prezidentinin sözlərinə görə, ABŞ bu münaqişənin həllinə təsir etmək üçün ən yaxşı vəziyyətdədir, çünki İsraili Qəzzada hərbi əməliyyatlar aparmaq üçün istifadə olunan silahlarla təmin etməkdə davam edir.
O, Vaşinqtonu hərbi əməliyyatların dayandırılmasına, HƏMAS radikal qruplaşmasının əlində olan girovluqda qalan 48 nəfərin azad edilməsinə və humanitar dəhlizlərin açılmasına nail olmaq üçün “İsrail hökumətinə təzyiq göstərməyə” çağırıb.
Makron ümid edir ki, yaxın saatlarda region ölkələrinin nümayəndələri ilə danışıqlardan sonra Amerika tərəfi nizamlanma üçün etibarlı plan hazırlaya biləcək.