AZ

NATO hava məkanının pozulması halında qəti cavab vəd edir

NATO hava məkanının pozulması halında qəti cavab vəd edir

NATO hava sərhədlərinin pozulmasına qarşı qəti cavab verəcəyini açıqlayıb

AFN.az xəbər verir ki, NATO üzv ölkələrin hava sərhədləri pozulacağı təqdirdə qəti cavab veriləcəyini açıqlayıb. Bu barədə Alyans Estoniya üzərində baş verən hərbi təyyarə insidenti ilə bağlı məsləhətləşmələrdən sonra yayılan bəyanatda bildirib.

Sənəddə qeyd olunur: “NATO-nun cavabı bundan sonra da qəti olacaq. Biz öz müdafiə imkanlarımızı və caydırıcı mövqelərimizi effektiv hava hücumundan müdafiə vasitələri ilə gücləndirəcəyik”.

Bəyanatda həmçinin vurğulanır ki, NATO təhlükəsizliyi təmin etmək və bütün tərəflərdən gələn təhdidləri yayındırmaq üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək.

Estoniyanın baş naziri Kristen Mihal bildirib ki, Tallin ölkənin hava sərhədinin Rusiyanın hərbi təyyarələri tərəfindən pozulması iddiası ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən NATO üzvlərindən məsləhətləşmə tələb edib. 19 sentyabr səhəri isə Estoniya hakimiyyəti üç rus MiQ-31 döyüş təyyarəsinin hava məkanına daxil olduğunu açıqlayıb.

Seçilən
3
afn.az

1Mənbələr