AZ

Azərbaycanda daha bir karqo şirkətindən ŞİKAYƏTVİDEO

Türkiyədən məhsul sifariş veriblər, lakin 20 gündən çoxdur ki, bağlamaları gəlib çıxmır.

"Xəzər Xəbər"in qaynar xəttinə yazan vətəndaşlar məsələ ilə bağlı kargo şirkətindən şikayətçidirlər. "Zamex" kargo şirkətinin onları günlərdir müxtəlif bəhanələrlə gözlətdiyini, bağlamalarının harda olduğu barədə dəqiq məlumat vermədiklərini deyirlər.

Digər bir vətəndaş da eyni problemi yaşayır. Kargo şirkətinin zənglərə və mesajlara cavab vermədiyini deyir

Problemin nədən qaynaqlandığını öyrənmək üçün daşıyıcı şirkət “Zamex”lə əlaqə saxlamağa çalışdıq.

Karqo şirkətinin direktoru bildirdi ki, həmişə bağlamalar İstanbuldan Bakıya hava yolu ilə göndərilirdi, artıq bağlamaların sayının az olmasını nəzərə alaraq, bu səfər Naxçıvan üzərindən Bakıya göndərilməyi seçiblər. Müştərilərin haqlı narazılıqları gecikmələrlə bağlıdır. Hazırda məktəb mövsümü ilə əlaqədar olaraq yüklərdə sıxlıq yaşanır. Ancaq, Naxçıvandakı bağlamaların hamısı mərhələli şəkildə göndərilir və çatıdırılma həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr