AZ

Evdə sistem qoşulması qanunla qadağan edilsin – TƏKLİF

Xəbər verildiyi kimi Bərdədə ev şəraitində tibbi müayinə faciə ilə nəticələnib. Dünən azyaşlı uşağa evdə sistem köçürülüb. Lakin vəziyyəti qəfil pisləşib və azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bu fakt cəmiyyətdə ciddi narahatlıq yaradaraq, evdə özbaşına sistem qoşulmasının nə qədər təhlükəli olduğunu yenidən gündəmə gətirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında həkim məsləhəti olmadan sistem köçürülməsi qadağandır. Lakin paytaxt Bakıda və bölgələrin bir çoxunda bu praktika hələ də davam edir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb-eksperti Adil Qeybulla bildirib ki, ev şəraitində sistem köçürülməsi dünyanın heç bir ölkəsində mövcud deyil və bu, çox ciddi risklər yaradır:
“Mən düşünürəm ki, qərb təbabətinin standartlarını keçmişiksə, bu mövzuda da dönüş etməliyik. Yəni evdə qətiyyən sistem köçürülməsi olmaz. Bu birmənalı şəkildə qadağan edilməlidir. Çünki belə hallar baş verdikdə, şok yaşananda, əl altında heç nə olmur və ölüm halları baş verir. Həkim məsləhəti olsa belə, evdə sistem qoşulması yolverilməzdir. Bu, mütləq şəkildə qanunla qadağan edilməlidir”, – deyə ekspert vurğulayıb.

Adil Qeybulla həmçinin əlavə edib ki, sistem yalnız tibb müəssisələrində, xüsusi avadanlıq və peşəkar həkim nəzarəti altında tətbiq edilməlidir. Əks halda, adi vəziyyət belə qəfil faciəyə çevrilə bilər.

Seçilən
12
2
tribunainfo.az

3Mənbələr