AZ

Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

27-28 sentyabr tarixlərində Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

İdman.biz bildirir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

İmtahan Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) olacaq.

İdman.biz

Seçilən
6
6
idman.biz

10Mənbələr