AZ

Ukrayna Kosmik Qoşunlar yaradacaq: Tarix açıqlandı

Kiyev 2025-ci ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin Kosmik Qoşunlarını yaratmağı planlaşdırır.

Oxu.Az bildirir ki, bu barədə "Sudebno-yuridiçeskaya qazeta" Ukrayna hökumətinin bəyanatlarına istinadən məlumat verib.

"2025-ci il dekabrın 31-dək kosmik qüvvələrin yaradılması ilə əlaqədar müdafiə qüvvələrinin strukturu yenilənməli, onların fəaliyyət göstərməsinin hüquqi və təşkilati əsasları yaradılmalıdır", - deyə nəşr qeyd edib.

Məlumata görə, müvafiq məqsədlər hökumətin fəaliyyət proqramında öz əksini tapıb ki, bunu Nazirlər Kabineti baxılması üçün Ali Radaya təqdim edib.

Bildirildiyinə görə, Ukrayna hökuməti müdafiə və təhlükəsizlik sahəsində qarşısına bir sıra iddialı məqsədlər qoyub ki, onların içində Kosmik Qoşunlar da daxil olmaqla, müdafiə qüvvələrinin yeni modelinin formalaşdırılması da var. Nazirlər Kabinetinin fəaliyyət proqramının layihəsinə əsasən, bu cür qoşun növünün yaradılması 2025-ci il dekabrın 31-dək başa çatdırılmalıdır.

Seçilən
3
1
demokrat.az

2Mənbələr