AZ

"Hamı deyir ki, Nobel mükafatına layiqəm" - Tramp

7 ayda 7 müharibəni dayandırdım. Hamı deyir ki, mən Nobel mükafatına layiqəm.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasında çıxışında bildirib.

Tramp çıxışında yeddi uzunmüddətli müharibəyə son qoyduğunu qeyd edib:

"Mən yeddi uzunmüddətli müharibəyə son qoydum. Onları heç vaxt həll etməyəcəksiniz dedilər. Bəziləri 31 il idi ki davam edirdi. Biri 36, biri 28 il. Yeddi müharibəni bitirdim və bütün hallarda onlar saysız-hesabsız minlərlə insanın öldürülməsi ilə qızışırdılar. Bura Kamboca və Tayland, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında olan müharibə daxildir”.

ABŞ Prezidenti əlavə edib ki, indiyədək heç bir dövlət başçısı və ya ölkə bu qədər münaqişənin qarşısını almaqda bu səviyyəyə çatmayıb:

“Heç bir Prezident və ya Baş nazir, heç bir başqa ölkə buna yaxın bir şey etməyib. Mən bunu cəmi yeddi ay ərzində etdim. Əvvəllər belə olmayıb. Heç vaxt belə bir şey olmayıb. Bunu etməkdən çox qürur duyuram”, – deyə Tramp bildirib./Apa.az/

“Cebheinfo.az”

Seçilən
17
19
cebheinfo.az

10Mənbələr