AZ

Kəşfiyyatçı Xanı minaya düşərək həlak oldu – Yeni detallar

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində tarixində mina hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

*** 18:54

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Editor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində baş verib.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə cəlb olunaraq onun nəşinin ərazidən çıxarılmasına çalışırlar.

Seçilən
28
14
editor.az

10Mənbələr