AZ

Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər.

Paralel.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.

***

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gediblər.

Paralel.az Report-a istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Seçilən
14
23
paralel.az

10Mənbələr