AZ

“Kanalizasiyalardan inək kəlləsi belə çıxıb” – İdarə rəisindən maraqlı AÇIQLAMAVİDEO

Dolub-daşan tullantı su xətləri... Üfunət iyi verən zirzəmilər...

Sakinlərin yaz-qış şikayət etdiyi bu məsələnin kökündə nə dayanır? Doğrudanmı aidiyyatı qurum məsələ ilə bağlı tədbir görməkdə gecikir?, Ya da bəlkə problemin kökünü özümüzdə axtarmalıyıq?

Tullantı su xətlərində baş verən tutulmalarla bağlı ard-arda gələn müraciətlərdən sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə üz tutduq və suallarımızı ünvanladıq. Onlar da dedilər ki, biz bütün imkanlarımızla əlimizdən gələni etməyə çalışırıq, amma sakinlər də bu məsələdə səhlənkar davranır. Bizə bunu deməyə elə tullantı su xətlərindən çıxardıqlarımız əsas verir.

Qurum rəsmisi deyir ki, bəzən tutulan borulardan çıxan əşyalardan özümüz belə utanırıq. Təsəvvür edirsiniz, su xətlərinə yağ tökülür, qızğın yağ, “pampers” və inək kəlləsi...  

Seçilən
1
xezerxeber.az

1Mənbələr