AZ

Paşinyanla bağlı bu məsələ parlamentdə müzakirə olunacaq

Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının təşəbbüsü ilə Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi haqqında qətnamə layihəsi üzrə dinləmələr keçiriləcək.

Bu barədə parlamentin rəsmi saytında məlumat yerləşdirilib.

"Sentyabrın 26-da saat 12:00-da parlamentin iclas zalında "Şərəfim var" fraksiyasının qərarı ilə dinləmələr keçiriləcək. Fraksiya tərəfindən təqdim edilən parlamentin "Milli böhran və dövlət idarəçiliyinin iflası haqqında" bəyanat layihəsi müzakirə ediləcək", - məlumatda bildirilib.

“Cebheinfo.az”

Seçilən
12
3
cebheinfo.az

5Mənbələr