AZ

Ağdamda mina partladı, “Gizir Xanı” həlak oldu – YENİLƏNDİ

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

 

1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

 

***

Ağdamda mina hadisəsi baş verib.

Tribunainfo.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.

Mina hadisəsinin rayonunun Şıxlar kəndi ərazisində baş verdiyi bildirilir.
Qeyd edək ki, kəşfiyyatçı olmuş Səyyaf Əhmədov “Gizir Xanı” ləqəbi ilə tanınıb.

Seçilən
12
14
tribunainfo.az

10Mənbələr