AZ

Turan İbrahimov yüksək vəzifəyə təyin olundu

Azərbaycan telekanallarından biri olan Baku TV-də kadr təyinatı həyata keçirilib.


Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, tanınmış telejurnalist Turan İbrahimov kanala Baş redaktor vəzifəsinə təyin olunub.

20 illik jurnalist təcrübəsinə malik olan Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Televiziya fəaliyyəti ərzində tamaşaçı rəğbəti qazanan peşəkar jurnalist bir neçə müəllif proqramı ilə geniş izləyici auditoriyasına xitab edib.

Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Turan İbrahimov yeni təyinatadək Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri olaraq fəaliyyət göstərirdi.

Seçilən
13
17
manset.az

10Mənbələr