AZ

Bank of Baku istiqrazları yüskək təlabatla satıldı - 601 investor

Bank of Baku istiqrazları Bakı Fond Birjasında Əsas Bazar Listinq seqmentinə alındı.

Belə ki, Bankın 8-19 sentyabrda abunə yazılışı baş tutan 20 milyon manatlıq istiqrazlarına 601 investor tərəfindən 682 sifariş yerləşdirilib. Sifarişlərin ümumi həcmi isə 23,433,100 manat təşkil edib.

Qeyd edək ki, investorların 99%-ni fiziki şəxslər təşkil edib. Bu isə kapital bazarına artan marağın və emitentə olan güvənin göstəricisidir.

AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi isə 23 sentyabr tarixində həyata keçirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.18  bəndinin tələblərinə cavab verdiyindən, Bank of Baku istiqrazları Əsas Bazar Listinq seqmentinə alınıb.

İstiqrazlar barədə digər məlumatlar aşağıda göstərilmişdir:

  • İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
  • Ticarət üsulu/forması: Kütləvi / Abunə Yazılışı
  • İstiqrazların sayı: 200,000 (ədəd)
  • İlkin ticarət qiyməti: 100 manat
  • İstiqrazların buraxılış həcmi: 20,000,000 AZN
  • İllik gəlir faizi: 13%
  • Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90  gündən bir
  • Tədavül müddəti:  18 ay

Qeyd edək ki, Bank of Baku-nun istiqrazlarının təkrar bazarda rəsmi market meykeri “ABB İnvest İnvestisiya Şirkəti”dir. Bu isə o deməkdir ki, investorlar əldə etdikləri istiqrazları tədavül müddəti başa çatmadan istənilən vaxt “ABB-İnvest”ə sata biləcəklər.

“Bank of Baku”nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, “Bank of Baku”nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

Seçilən
10
8
banco.az

9Mənbələr