AZ

Ərdoğan Azərbaycanla Ermənistan arasında imzalanan müqavilədən məmnunluğunu bildirdi

Avqustun 8-də Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - deyə Ərdoğan bildirib.

O bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

"Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək", - deyə Türkiyə lideri bildirib.

Seçilən
22
unikal.az

1Mənbələr