“Inter Milan” və “Milan” bildiriblər ki, onlar memarlıq şirkətləri "Foster + Partners" və "MANİCA" ilə razılaşma əldə ediblər.
Offsideplus.az xəbər verir ki, Milan Şəhər Şurası tərəfindən "San Siro"nun Böyük Şəhər funksiyasının satışı ilə bağlı qərar təsdiqlənəcəyi halda, yeni stadionun layihələndirilməsi bu iki şirkətə həvalə olunacaq.
Yeni arena təxminən 281 min kvadratmetr ərazini əhatə edən şəhərsalma layihəsinin bir hissəsi olacaq. Layihənin əsas məqsədi innovasiya və davamlılıqdır.
Stadion 71,500 tamaşaçı tutumuna malik olacaq və unikal atmosfer yaradacaq. İki böyük tribunadan ibarət olan arena optimal görünüş bucağı ilə dizayn ediləcək.
Eyni zamanda ən yüksək əlçatanlıq standartlarına cavab verəcək, bütün azarkeşlər üçün xüsusi imkanlar yaradılacaq və münasib qiymətli yerlər təqdim olunacaq.
Bu addım Milan şəhərinin gələcəyi, onun tarixi, mədəni, memarlıq və idman irsi ilə bağlı strateji bir sərmayə və klub rəhbərliyinin ciddi öhdəliyinin göstəricisi sayılır.
Layihə fəaliyyətlərinə – ilkin konsepsiya dizaynı və başlanğıc mərhələlərinə yalnız klublar tərəfindən San Siro-nun Böyük Şəhər Funksiyasının əldə olunması başa çatdıqdan sonra start veriləcək.