AZ

Ağdamda mina partlayıb, keçmiş döyüşçü "Gizir Xanı" həlak olub - Yenilənib

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.


Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

18:52

Ağdamda mina hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə nəticəsində kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək ölüb.

Hadisənin rayonunun Şıxlar kəndi ərazisində baş verdiyi bildirilir.

Seçilən
8
27
anews.az

10Mənbələr