AZ

BMT ekspertləri İsrailə görə UEFA və FİFA-ya müraciət ediblər

Birləşmiş Millətlər Təşkilatının səkkiz eksperti Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) İsrail klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını qadağan etmək üçün müraciət edib.

İdman.biz bildirir ki, jurnalist Xose Luis Morales bunu sosial şəbəkədə yazıb.

Moralesin sözlərinə görə, BMT ekspertləri "Fələstin ərazisində davam edən soyqırıma cavab olaraq" İsrail komandalarının fəaliyyətini qadağan etməyə çağırırlar.

Sentyabrın 21-də "İsrael Hayom" qəzeti yazıb ki, UEFA sentyabrın 23-də keçiriləcək iclasında İsraili yarışlara qadağa qoya bilər. Qəzetin məlumatına görə, hazırda səsvermədə iştirak edən 20 ölkənin böyük əksəriyyəti İsrailin xaric edilməsini dəstəkləyir. İki-üç ölkə buna qarşı çıxır. Qəzet vurğulayır ki, İsrail Futbol Assosiasiyası (İFA) ciddi cəhdlə bu məsələnin gündəmə salınmasının qarşısını almağa çalışır.

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr