AZ

Marko Rubio: Rusiyaya qarşı sərt sanksiyalar vasitəçilik rolunu zəiflədə bilər

ABŞ dövlət katibi Marko Rubio Trump administrasiyasının hələ Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməməsinin Vaşinqtonun Ukrayna və Rusiya arasında vasitəçi rolunu zəiflədə biləcəyi səbəbindən irəli gəldiyini bildirib.

APA xəbər verir ki, bu fikri dövlət katibi “NBC News”a verdiyi müsahibəsində bildirib.

"Biz sərt sanksiyalar və digər tədbirlərə başladığımız andan etibarən, sülhün əldə olunması üçün vasitəçilik qabiliyyətimiz zəifləyər", – Rubio vurğulayıb.

Dövlət katibi, eyni zamanda, gələcəkdə Vaşinqtonun Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməli ola biləcəyini istisna etməyib.

Bundan əlavə, Rubio Avropa ölkələrini Rusiyadan neft və qaz almağa davam etmələri ilə bağlı sərt tənqid edib və bunu "absurd qərar" adlandırıb. O, müttəfiqləri Rusiyaya təzyiq göstərmək üçün daha çox səylər göstərməyə çağırıb.

“Cebheinfo.az”

Seçilən
0
5
cebheinfo.az

6Mənbələr