AZ

“Səhvlərimizin üzərində işləməliyik”

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında 4 medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov yarış barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, qarşıda daha böyük hədəflər var və uğurlu nəticə üçün komanda üzvləri üzərində ciddi işləməlidirlər: “Bizim üçün dua edən hər kəsə təşəkkür edirik. Bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında dünya ikincisi olduq. Qarşıda bizi növbəti yarışlar gözləyir. İki zədəli güləşçimiz bərpa prosesi keçdikdən sonra sıralarımıza qoşulacaq”.

Xatırladaq ki, Azərbaycan millisinin heyətində Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar.

Seçilən
28
3
90deqiqe.az

4Mənbələr