AZ

Rusiya müharibəni bitirməsə, biz bu addımı atacağıq Trampdan xəbərdarlıq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Hamı Rusiyanın bu müharibəni üç günə qazanacağını düşünürdü, amma hadisələr fərqli formada cərəyan etdi”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Tramp deyib ki, o, Ukraynadakı müharibənin həllinin bu qədər çətin olacağını gözləmirdi.

“Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirməyin ən asan iş olacağını düşünürdüm, amma əksinə oldu. Hər həftə 5-7 min gənc əsgər ölür”, – Tramp bildirib.

ABŞ prezidenti Ukraynaya qarşı müharibəsi maliyyələşdirən Hindistan və Çini də tənqid edib. Onun sözlərinə görə, bəzi NATO ölkələri Rusiyadan enerji almağa davam edir və bu, bağışlanmazdır.

Ağ Ev rəhbəri bəyan edib ki, Rusiya Ukrayna ilə sülh razılaşması əldə etməsə və müharibəyə son qoymasa, o zaman ABŞ külli miqdarda rüsumlar tətbiq edəcək. Bu, atəşkəsə nail olmağa kömək edəcək.

“Amma bu tariflərin effektiv olması üçün Avropa ölkələri bizə qoşulmalı və eyni addımları atmalıdır. Ancaq onlar Rusiyadan neft və qaz alırlar. Bu,Qərb ölkələri üçün biabırçılıqdır. Onlar Rusiyadan bütün enerji alışlarını dərhal dayandırmalıdırlar. Əks halda, biz çox vaxt itirmiş olacağıq”.

Qeyd edək ki, bu, Donald Trampın 2020-ci ildən bəri Baş Assambleyaya ilk müraciətidir. Trampın BMT-də çıxış edəcək Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr