Polşa Belarusla sərhədi açır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
“Polşa və Belarus arasındakı sərhəd keçidləri çərşənbə günündən cümə axşamına qədər gecə yarısı yenidən açılacaq”, - deyə o söyləyib.
Xatırladaq ki, Polşanın bu ay Belarusla sərhədi bağlamasının səbəbi Belarusda Rusiya ilə birgə hərbi təlimlərin keçirilməsi olub.